Türkiyənin Quru Qoşunları komandanı İran sərhədinə gəlib
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel İranla sərhədə gedib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Metin Tokel İrandan atılan daha bir ballistik raketin Türkiyə səmasında zərərsizləşdirilməsindən sonra sərhədə gedərək ərazidə mövcud şəraitlə tanış olub.