Türkiyə və İngiltərə "Eurofighter" üçün razılaşıb
Türkiyə və İngiltərə Eurofighter Typhoon layihəsi çərçivəsində texniki və logistika dəstəyi ilə bağlı müqavilə imzalayıb.
Milli Müdafiə Nazirliyi bildirib ki, təyyarələrin istismarı və saxlanması üçün texniki və logistika dəstəyinə dair razılıq əldə olunub.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler ilə İngiltərənin Müdafiə naziri John Healey Eurofighter Typhoon layihəsi çərçivəsində bu müqaviləni imzalayıblar.
Nazirliyin açıqlamasına görə, Londonda keçirilən görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.