00:00:00
Yazar
Lalə Qafarova
10.03.2026 21:28 13 1 dəq oxuma
Dünya

Türkiyə və İran XİN başçıları telefonla danışıb: “Türk hava məkanının pozulması qəbul edilməzdir”

Türkiyə və İran XİN başçıları telefonla danışıb: “Türk hava məkanının pozulması qəbul edilməzdir”

 

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araghchi ilə telefon danışığı aparıb. Fidan görüş zamanı həmkarına “Türk hava məkanının pozulması qəbul edilə bilməz” mesajını çatdırıb.

 

Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən verilən məlumata görə, Hakan Fidan İranın Xarici İşlər naziri Abbas Araqçi ilə telefon danışığı həyata keçirib.

Nazir Fidan bildirib ki, Türk hava məkanının pozulması qəbuledilməzdir və Türkiyə buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcək.

 

O, həmçinin vurğulayıb ki, bütün tərəflər regional təhlükəsizliyə zərər verə biləcək və mülki insanlar üçün risk yarada biləcək addımlardan uzaq durmalıdır.

 

Nazir Araqçi isə Türk hava məkanına yönələn raketləri İranın atmadığını bildirib və məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını qeyd edib.

 

TRT HABER 
Reyhan Quliyeva

#hava #türkiyə #xəbər #qəbul
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər