Türkiyəyə İrandan növbəti ballistik raket atılıb
Türkiyəyə İrandan növbəti ballistik raket atılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, İrandan atılan raket Türkiyənin hava məkanına daxil olduqdan sonra Aralıq dənizinin şərqində NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
"Türkiyə ərazisinə və hava məkanına yönələn hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görüləcək. Hadisənin bütün aspektlərinə aydınlıq gətirmək üçün müvafiq ölkə ilə müzakirələr aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla, bölgədəki bütün vəziyyət diqqətlə izlənilir və qiymətləndirilir", - deyə nazirlikdən bildirilib.