Tusk polşalı siyasətçilərə çağırış edib
Kremlin həqiqi qorxu və emosiyalar əsasında qurduğu Ukraynaya qarşı mübarizədə rusiyapərəst əhval-ruhiyyə və düşmənlik dalğası artmaqdadır.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk özünün X səhifəsində yazıb.
O vurğulayıb ki, siyasətçilərin vəzifəsi bu dalğanı dəstəkləmək deyil, onun qarşısını almaqdır:
“Bu, bütün Polşa siyasi sinfi üçün vətənpərvərlik və yetkinlik sınağıdır”.