00:00:00
Yazar
Admin User
17.09.2025 17:39 111 1 dəq oxuma
Dünya

Təxminən 370 min fələstinli Qəzzanı tərk edib

Təxminən 370 min fələstinli Qəzzanı tərk edib

On minlərlə fələstinli Qəzzanı tərk edir. Bəziləri maşınlarla şəhərdən çıxaraq ən vacib əşyalarını aparmağa çalışır, digərləri isə piyada gedir. İsrail ordusunun açıqlamasına görə, TSAXAL-ın genişmiqyaslı əməliyyatı başlayana qədər təxminən 370 min fələstinli Qəzzanı tərk edib. İsrailin qeyd etdiyinə görə, Qəzza HƏMAS hakimiyyətinin “dayaq nöqtəsi” hesab olunur.

 

Fələstinlilər çərşənbə axşamı səhər Qəzzaya güclü zərbələr endirildiyini bildiriblər. Xəstəxanalardan isə azı 69 nəfərin həlak olması barədə məlumat daxil olub. “Qəzzada çox ağır gecə oldu”, – deyə “Şifa” xəstəxanasının direktoru doktor Məhəmməd Əbu Səlmiya bildirib. – “Bombardman bir dəqiqə də dayanmırdı”.

 

Bu arada, Təl-Əvivdə hərbi komandirlərin qarşısında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu TSAXAL-ın əsas prioritet vəzifələrindən birinin şəhərin bütün mülki əhalisinin təxliyəsi olduğunu vurğulayıb.

 

Euronews

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər