00:00:00
Yazar
Admin User
08.09.2025 11:59 97 1 dəq oxuma
Dünya

Təxribat və dezinformasiya paylaşan 14 nəfər barəsində tədbir görülüb

Təxribat və dezinformasiya paylaşan 14 nəfər barəsində tədbir görülüb

Türkiyə Təhlükəsizlik Baş İdarəsi (EGM) bəzi sosial media hesabları vasitəsilə təxribat xarakterli və dezinformasiya məzmunu paylaşdığı müəyyən edilən 14 şübhəli barədə qanuni tədbirlər görüldüyünü açıqlayıb.


Qurumun rəsmi sosial media hesabında yayımlanan açıqlamada bildirilib ki, aparılan araşdırmalar nəticəsində “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” və “cinayət törətməyə təhrik” cinayətləri çərçivəsində təxribat xarakterli paylaşımlar etdiyi güman edilən hesab menecerləri müəyyən olunub. Onların hər biri ilə bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilib.


Təhlükəsizlik Baş İdarəsi, sosial şəbəkələrdə dezinformasiya və təxribat xarakterli məzmun paylaşan digər hesabların müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.


TRT XƏBƏR
Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər