00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 21:41 94 1 dəq oxuma
Sosial

Uçotdan gələn imkanlar: Etibarlı uçot gənclər siyasətinin inkişafına töhfə verəcək

Uçotdan gələn imkanlar: Etibarlı uçot gənclər siyasətinin inkişafına töhfə verəcək

 

 

Ev təsərrüfatlarının etibarlı uçotu dövlətin sosial siyasətinin, xüsusilə də gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verə bilər. Bu proses əhalinin sosial vəziyyəti və ehtiyacları barədə daha dəqiq məlumatların əldə olunmasına, gənclərlə bağlı qərarların düzgün planlaşdırılmasına imkan yaradacaq. Mütəxəssislər hesab edirlər ki, etibarlı məlumat bazası gənclər üçün nəzərdə tutulan proqramların effektivliyini artıracaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, əgər bu məsələ dəqiqliklə həyata keçirilərsə, müəyyən qədər məlumat bazasının formalaşmasına və bəzi iqtisadi-sosial qərarların qəbulunun planlaşdırılmasına müsbət təsir göstərə bilər: 

 

“Lakin bunun ölkə üzrə tamamilə və yüksək dəqiqliklə həyata keçiriləcəyinə heç bir zəmanət yoxdur. Çünki ölkədə bir sıra problemlər mövcuddur. Belə ki, bir çox insanların faktiki yaşadığı yerlə qeydiyyatda olduğu ünvan arasında ciddi fərqlər var”.

 

Natiq Cəfərlinin sözlərinə görə, bu, sorğu əsasında həyata keçirilir:

 

“İnsanların verdiyi məlumatların doğruluğunu yoxlamaq mexanizmi olmadığına görə, dəqiq məlumat verib-verməmək onların özündən asılıdır. Amma ümumilikdə, belə bir məlumat bazasının yaradılması kifayət qədər ciddi analitik materialların əldə olunmasına imkan verə bilər”,- deyə iqtisadçı əlavə edib.

 

 

Nuray Dadaşzadə

#gələn #yeni #verəcək #uçotdan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər