Uels şahzadəsi ilk dəfə xərçəng müalicəsi haqqında danışıb
Şahzadə Keyt Middlton ilk dəfə xərçəng və kimyaterapiya müalicəsindən sonra üzləşdiyi çətinliklərdən danışıb.
İngiltərənin Essex şəhərində bir xəstəxanaya səfəri zamanı danışan şahzadə Keyt, müalicə zamanı "bir növ cəsarətli bir sifət göstərməyə çalışırsan, amma sonra bu, həqiqətən çətin ola bilər" deyib. Xərçəngin müalicəsindən sonrakı həyatdan danışan şahzadə, "Evdə, bəlkə də, əvvəlki kimi fəaliyyət göstərə bilmirsən" fikrini söyləyib.
Şahzadə Keyt Royal Ascot at yarışında iştirakını ləğv etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. O zaman deyilib ki, Kate krallıq vəzifələrinə qayıtmaq üçün düzgün tarazlığı tapmalıdır.
Uels şahzadəsi yanvar ayında bildirib ki, onun keçən il diaqnozu qoyulan xərçəngi remissiya mərhələsindədir. Bununla belə, onun son sözləri bərpa yolunun tədricən olduğunu göstərir.
BBC News
Aysel Mirzəyeva