00:00:00
Yazar
Admin User
10.12.2025 16:27 144 1 dəq oxuma
İdman

"Uğurlu nəticə əldə etməyə çalışacağıq"

"Uğurlu nəticə əldə etməyə çalışacağıq"

Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində “Qarabağ” doğma meydanda “Ayaks”ı qəbul edəcək. Matçdan əvvəl baş məşqçi Qurban Qurbanov və müdafiəçi Mateus Silva mətbuat konfransında çıxış ediblər.

 

Qurbanov güclü rəqiblə qarşılaşacaqlarını, az hazırlıq vaxtına baxmayaraq diqqətli oynayıb azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib. Mateus Silva isə doğma meydanın üstünlüyündən istifadə edib uğurlu nəticə üçün maksimum çalışacaqlarını vurğulayıb.

 

““Qarabağ”ın “Ayaks”a qarşı əsas strategiyası qısa hazırlıq müddətinə baxmayaraq kompakt müdafiə və sürətli əks-hücum üzərində qurulacaq”.

 

Bu sözləri "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli deyib.

 

Jurnalistin sözlərinə görə, “Ayaks”ın rotasiyası oyunun tempini dəyişə bilsə, “Qarabağ” üçün əlavə imkanlar aça bilər və doğma meydanla azarkeş dəstəyinin yaratdığı psixoloji üstünlük matçın taleyinə təsir göstərə bilər:

 

““Ayaks”ın rotasiyalı heyət seçimi oyunun tempini dəyişə bilər, amma bu, “Qarabağ” üçün əlavə imkanlar da yarada bilər. Doğma meydan və azarkeş dəstəyi futbolçuların psixoloji üstünlüyünü artırır və bu amil matçın taleyində həlledici rol oynaya bilər”.

 

Ekspert qısa hazırlığa baxmayaraq, “Qarabağ”ın kompakt müdafiə və sürətli əks-hücumlarla, həmçinin doğma meydanın üstünlüyü ilə “Ayaks”a qarşı əlavə şanslar qazana biləcəyini nəzər çatdırıb.

 

Qeyd edək ki, Qarabağ - Ayaks qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:45-də baş tutacaq.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər