00:00:00
Yazar
Admin User
10.10.2025 15:33 84 2 dəq oxuma
Siyasət

Uitkoff və Kuşner İsraildə səfərdədir

Uitkoff və Kuşner İsraildə səfərdədir

ABŞ nümayəndələri Uitkoff və Kuşner İsrailə səfər ediblər. Səfərin məqsədi regiondakı son hadisələri müzakirə etmək və təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparmaqdır. Görüşlər çərçivəsində tərəflərin regional sabitlik və əməkdaşlıq perspektivlərini də dəyərləndirəcəyi gözlənilir.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail ilə ABŞ münasibətləri həmişə sıx olub:

 

"İsrail ilə ABŞ-nin münasibətləri hər zaman sıx olub, bu cür də davam edir. Bu, hakimiyyətdə kimin olmasından asılı olmayaraq belə olub. Həmasla bağlı məsələlərdə təbii ki, öncə İsrail razılığa gəldi və daha sonra ABŞ-nin dili və qələmi ilə hazırki razılaşma mətni ortaya çıxıb. Burada alt planda məqsəd Qəzzanım tam ələ keçirmək və əhalini köçürməkdir. Bu, bir neçə müddət əvvəl Tramp tərəfindən də səsləndirilib. İsrailin məqsədi Qəzza əhalisinin tamamilə qırmaqdır. Nəticədə Avropa ölkələri Fələstini tanımağa başlayıb. Məhv edə bilmədikləri əhalini sülhün etmək planı isə ortadadır. Hələlik isə bu anlaşma Yaxın Şərqdə müəyyən müddətə sabitliyə səbəb ola bilər. İsrail Suriyaya və Misirə hücum etməsə, İranı vurmasa sabitlik mümkündür. İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Utkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşneri qəbul edərək müzakirə aparıb. Görüşdə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəslə bağlı əldə olunan razılaşmalar müzakirə edilib. Təbii ki, ABŞ-nin nümayəndələri İsrailin razılaşmaya riayət etməsinə diqqət edəcəklər və ən əsası isə əsirlərin azad olunmasının təmin edilməsində Həması diqqətdə saxlayacaqlar. İsrailin daxili siyasətində isə dəyişiklik gözlənilmir. Əsirlər azad edildikdən sonra Netanyahuya qarşı olan təziqlərin azalacağı gözlənilir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər