“Ukrayna Aİ-yə qoşula bilər, NATO yox”
Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində mühüm açıqlamalar verib. O, Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmadıqlarını, lakin NATO məsələsinin fərqli olduğunu deyib.
Putin Slovakiyanın Baş naziri Robert Fico ilə görüşdən sonra mətbuat qarşısına çıxaraq Ukraynanın Aİ və NATO-ya üzvlük istəklərinə toxunub. O, Kiyevin Aİ-yə qoşulmasına etiraz etmədiklərini, amma NATO-nun “başqa bir məsələ” olduğunu bildirib.
Rusiya lideri həmçinin Moskvanın gələcəkdə Ukrayna ilə kifayətlənməyib Baltik ölkələrini hədəf alacağına dair şərhləri də rədd edib. “Ağıllı insanlar bunun təxribat olduğunu anlayar”,- deyib.
Görüşdə Slovakiya və Macarıstana gedən Rusiya qazı və nefti də müzakirə mövzusu olub. Ukrayna ötən ay Rusiyadakı mühüm obyektləri vuraraq bu ticarəti çətinləşdirdi. Fico bu hücumları tənqid edib.
Slovakiya Baş naziri Fico və Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə yaxın əlaqələrinə görə Aİ-də tez-tez tənqid olunurlar. Fico isə Avropaya bağlı olduqlarını, lakin birliyin bəzi qərarlarını anlamadığını deyib. O, may ayında Moskvadakı Zəfər günü paradına qatılan yeganə Aİ və NATO lideri olmuş, bu səbəbdən də Qərbdən sərt reaksiyalar alıb.
Haber Global
Nigar Xəlilli