00:00:00
Yazar
Admin User
08.09.2025 09:18 173 2 dəq oxuma
Dünya

Ukrayna böhranı üçün Avropa-ABŞ görüşü gündəmdə

Ukrayna böhranı üçün Avropa-ABŞ görüşü gündəmdə

"Biz çox maraqlı müzakirələr aparırıq. Bəzi Avropa liderləri ölkəmizə bazar ertəsi və çərşənbə axşamı ayrı-ayrılıqda gələcəklər", - Tramp bildirib.

 

Tramp həmçinin Ukrayna böhranının yekun həllinə əmin olduğunu bildirib.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya bu danışıqlar zamanı çalışacaq ki, həmin SWIFT sisteminə banklarının yenidən qoşulmasına nail olsun:

 

" Rusiyanın prezidenti Putin Ukraynanın prezidenti Zelenski ilə görüşdən bu və ya digər səbəblərdən imtina edir. Görüşün keçirilmə yeri, yaxud Zelenskinin legitimliyi və onun imzasının hüquqi qüvvəsinin olmaması ilə bağlı fikirlər irəli sürülür. Təbii ki, bu cür yanaşmalar Ukrayna ilə Rusiya arasında davam edən müharibənin daha da şiddətlənməsinə səbəb olur və Avropa liderlərini ciddi narahat edir. Bu fonda Avropa liderləri ilə ABŞ, xüsusilə də Donald Tramp arasında münasibətlər daha da yaxınlaşır. Bir müddət əvvəl Avropa liderlərinin Vaşinqtona səfəri baş tutub və bu səfər Zelenskinin ABŞ-yə səfərindən əvvəl gerçəkləşib. İndi isə ehtimal olunur ki, NATO-ya üzv olan Avropa İttifaqı ölkələrinin rəhbərləri yenidən ABŞ prezidenti Trampla görüşəcək və bu görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr aparılacaq. Ötən görüşdə məlum olduğu kimi, Avropa İttifaqı ölkələrinin ödədiyi vəsait hesabına 100 milyard dollarlıq silah alışı həyata keçirilib, həmçinin ABŞ və Ukrayna arasında 50 milyard dollarlıq hərbi məhsulların istehsalı ilə bağlı müqavilə imzalanıb. Bu dəfə də, əgər Putin Zelenski ilə görüşməkdən imtina edərsə və sülh masasına oturmaq istəməzsə, Avropa liderləri ilə ABŞ arasında F-16 təyyarələrinin və uzaqmənzilli raketlərin alınması barədə müzakirələr aparıla bilər. Beləliklə, Avropa liderləri bu gün Ukraynanı regionun təhlükəsizlik mənbəyi kimi qəbul edirlər. Ona görə də onlar Ukraynanın bu müharibədə məğlub olmasına maraqlı deyillər. Bundan əlavə, qeyd etmək lazımdır ki, ABŞ NATO üzvüdür və Vaşinqtona səfər edən liderlərin də əksəriyyəti NATO-ya üzv olan Avropa ölkələrinin nümayəndələridir. Bu baxımdan, Ukraynanın təhlükəsizlik məsələsi həmin səfərin əsas müzakirə mövzularından biri olacaq. Şübhəsiz ki, bu səfərin Rusiya-Ukrayna müharibəsinin gedişatına müəyyən təsiri olacaq. Əvvəllər də Rusiya tərəfi öz müttəfiqlərinə bildirib ki, əgər danışıqlar masası qurulacaqsa, o zaman iştirakçılar yalnız Rusiya və Ukrayna ilə məhdudlaşmamalıdır. Bu masa əslində dördtərəfli olmalıdır yəni, Rusiya, Ukrayna, Avropa İttifaqı və ABŞ. Bunun əsas səbəbi odur ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edir və Rusiya istəyir ki, sülh prosesi çərçivəsində bu sanksiyalar yumuşadılıb aradan qaldırılsın. Xüsusilə, Brüsseldə yerləşən və beynəlxalq bank əməliyyatlarında istifadə olunan SWIFT sisteminə Rusiyanın çıxışı bağlanıb və bu danışıqlar zamanı çalışacaq ki, həmin SWIFT sisteminə banklarının yenidən qoşulmasına nail olsun".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər