00:00:00
Yazar
Admin User
29.08.2025 12:14 97 2 dəq oxuma
Siyasət

Ukrayna heç bir ərazi güzəştinə getməyəcək

Ukrayna heç bir ərazi güzəştinə getməyəcək

Bütün cəbhələrdə vəziyyət kifayət qədər gərgindir. Bunu açıqlamasında Ukrayna Ali Radasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Fedor Venislavski bildirib. “Lakin müdafiə qüvvələrimiz onların qarşısını uğurla alıb. Üstəlik, hətta bir neçə həftə əvvəl Donetsk istiqamətində vəziyyət nəzarətə götürülüb. Demək olar ki, hər gün silahlı qüvvələrimiz rusların zəbt etdiyi bəzi yaşayış məntəqələrini azad edib. Ona görə də Ukraynanın heç bir ərazi güzəşti ola bilməz. Prinsipcə, silahlı qüvvələrimizin Ukraynanın hansısa ərazisindən çıxarılması ilə bağlı qərarlar mümkün deyil. Bunlar qəbuledilməz şərtlərdir ki, prezident tərəfindən dəfələrlə səsləndirilib. Müxtəlif səviyyələrdə Ukrayna dövlətinin digər nümayəndələri də bunu bildiriblər”.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, Ukraynanı güzəştə getməyə Amerika tərəfi məcbur edib:


Lakin Qərb buna razı deyil. Ukraynanın çökməsini istəməyiblər. Bilirlər ki, Amerika üçün bu, çox önəmli deyil. Ukrayna getsə, növbəti hədəf gələcəkdə hər hansısa Aİ üzvü ola bilər. Ona görə Ukraynaya hələ də yardım göstəriblər. Donetsk istiqamətində vəziyyətin nəzarətə götürülməsi ümumi mənzərəyə böyük təsir göstərməyəcək. Rusiya tutduğu ərazilərdən vaz keçməz deyə düşünürəm. Müharibədə belə qeyri-sabitliklər olub: gah Ukrayna irəliləyir, gah da Rusiya. Amma kartlar hələ ki, Rusiyanın əlindədir. Bu kimi çıxışlar, addımlar daxili auditoriyanın ruh yüksəkliyi üçün xüsusi əhəmiyyət daşıyıb. Müharibənin qanunlarından biri odur ki, daxili auditoriyanı bəzən müsbətə, bəzən isə mənfiyə inandırmalısan.


Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər