00:00:00
Yazar
Admin User
15.08.2025 06:04 81 1 dəq oxuma
Dünya

Ukrayna Həştərxana zərbə endirib

Ukrayna Həştərxana zərbə endirib

 

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.

 

"İnformator.az" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər