Ukrayna İranla daha bir memorandumu ləğv edib
Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı anlaşma memorandumunu ləğv edib.
"İnformator.az" xəbər verir ki , bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat yayıb.
"Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış anlaşma memorandumu ləğv edilib", - nümayəndə öz "Telegram" kanalında yazıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Kiyev həmçinin Tehranla 1993-cü ildə imzalanmış hava əlaqəsi haqqında sazişini də ləğv edib. Ukrayna İranı münaqişədə Rusiyaya yardım göstərməkdə ittiham edir.