00:00:00
Yazar
Admin User
21.08.2025 16:00 138 2 dəq oxuma
Siyasət

Ukrayna İranla vizasız gediş-gəliş memorandumunu ləğv edib

Ukrayna İranla vizasız gediş-gəliş memorandumunu ləğv edib

Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəliş məsələləri üzrə qarşılıqlı anlaşma memorandumunu ləğv edib, bu barədə hökumətin Ali Radada nümayəndəsi Taras Melniçuk öz Teleqram kanalında yazıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki,Ukrayna indiyə qədər dəfələrlə İrana etirazını bildirib:

 

"Ukrayna və İran arasında diplomatik və xidməti pasport sahiblərinin vizasız gediş-gəlişinin ləğv edilməsi, bu ölkələr arasındakı münasibətlərin ciddi gərginləşdiyini göstərir. Uzun müddətdir ki, Ukrayna və İran arasında ciddi problemlər mövcuddur və münasibətlər faktiki olaraq qarşıdurma xarakteri daşıyır.Bunun əsas səbəblərindən biri İranın Rusiyaya pilotsuz uçuş aparatları təmin etməsidir. Bu aparatların Ukraynada istifadə olunması mülki şəxslərin, o cümlədən uşaqların və qadınların həlak olmasına səbəb olub. Rusiya İran texnologiyasından Ukraynaya zərbələr endirmək üçün geniş şəkildə istifadə edir. Ukrayna indiyə qədər dəfələrlə İrana etirazını bildirib, lakin İran mövqeyini ciddi şəkildə dəyişməyib. Bu baxımdan, Ukraynanın vizasız gediş-gəliş rejimini ləğv etməsi faktiki olaraq iki ölkə arasındakı münasibətlərin neqativ istiqamətdə olduğunu göstərir. Qərb ölkələri də Ukraynanın bu addımını dəstəkləyə bilər, çünki bir çox Qərb dövlətləri İranın Rusiyaya silah satışına etiraz edir. Bu qərar bir daha göstərir ki, İran Ukrayna müharibəsində Rusiyanın tərəfindədir və bu səbəbdən Ukrayna İranla münasibətləri maksimum dərəcədə məhdudlaşdırmaq xəttini seçib. Yaxın gələcəkdə də Ukrayna–İran münasibətlərinin gərginləşməsi gözlənilir".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər