Ukrayna Krımı vurub: 3 helikopter və 1 stansiya məhv edilib
Ukrayna Krımda Rusiyanın hava bazasına PUA zərbəsi endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində 3 ədəd çoxhədəfli Mi-8 helikopteri və “Nebo-U” radiolokasiya stansiyası məhv edilib.