00:00:00
Yazar
Admin User
15.08.2025 09:40 79 1 dəq oxuma
Dünya

Ukrayna Kursku vurub: 1 ölü, 10 yaralı

Ukrayna Kursku vurub: 1 ölü, 10 yaralı

Avqustun 15-i gecə saatlarında Kursk vilayətinə PUA hücumu edilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib. Onun sözlərinə görə, PUA-nın yaşayış binasına çırpılması nəticəsində yanğın başlayıb:

 

“45 yaşlı qadın həlak olub, daha on nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Digər sakinlər təhlükəsiz yerlərə təxliyə olunub”.

 

Xinşteyn bildirib ki, zərbələr nəticəsində 11 ev və 3 sosial obyektə ciddi ziyan dəyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər