00:00:00
Yazar
Admin User
12.12.2025 18:39 97 2 dəq oxuma
Dünya

Ukrayna müdafiə qüvvələri Kupyanskda Rusiya ordusunu mühasirəyə alıb

Ukrayna müdafiə qüvvələri Kupyanskda Rusiya ordusunu mühasirəyə alıb

Ukrayna ordusu Xarkov vilayətində strateji əhəmiyyətə malik Kupyansk şəhərinə daxil olan bütün yolları nəzarətə götürərək şəhərdə yerləşən Rusiya hərbi birləşmələrini tam mühasirəyə alıb. “RBK–Ukraina”nın məlumatına görə, Ukraynanın müdafiə qüvvələri şimal-qərb istiqamətində irəliləyərək bir sıra mövqeləri təmizləyib. Əməliyyat zamanı Kupyansk yaxınlığındakı Kondraşovka və Radkovka kəndləri, həmçinin onların ətraf əraziləri azad edilib. Komandanlıq bildirir ki, Rusiya ordusunun mühasirəni yarmaq cəhdləri uğursuz olub və bir neçə dəfə dəf edilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ukraynanın bu əməliyyatı, əsasən mümkün danışıqlarda öz mövqeyini gücləndirməyə yönəlib:

 

"Çünki ABŞ-nin təklif etdiyi şərtlər Ukrayna üçün yetərincə əlverişli deyil və Kiyev bu şərtlərlə danışıqlara getsə, bu, Prezident Volodimir Zelenskinin hakimiyyətinin sonu ola bilər. Məhz buna görə də rəsmi Kiyev çalışır ki, döyüş meydanında vəziyyəti heç olmasa qismən öz xeyrinə dəyişsin və bu da danışıqlarda onun mövqeyini gücləndirsin.

 

Düşünürəm ki, Kupyansk istiqamətindəki son əməliyyat da bu məqsədə xidmət edirdi. Gələcəkdə bu tip əməliyyatların təkrarlanması istisna olunmur, lakin bu əməliyyatların intensivliyi zamanla azalacaq. Bunun səbəbi ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyini tədricən azaltmasıdır. Dəstək azaldıqca, Ukraynanın döyüş meydanındakı imkanları da zəifləyəcək. Nəticə etibarilə, Ukrayna istər-istəməz müdafiə mövqeyində qalmaq məcburiyyətindədir və bu mövqe getdikcə daha da zəifləyəcək. Ukraynanın əsas hədəfi, danışıqlarda daha əlverişli şərtlərlə iştirak etmək və ən azı müəyyən üstünlüklər əldə etməkdir. Ukraynanın bu əməliyyatının əsas məqsədi, mümkün sülh danışıqları ərəfəsində öz mövqeyini gücləndirməkdir. Çünki ABŞ-nin təklif etdiyi şərtlər Ukrayna üçün hazırkı vəziyyətdə məqbul deyil və Kiyev bu şərtlərlə danışıqlara getsə, bu, Prezident Zelenskinin siyasi sonu ola bilər. Buna görə də rəsmi Kiyev çalışır ki, döyüş meydanında, heç olmasa lokal üstünlüklər əldə etsin və bu üstünlükləri danışıqlar zamanı siyasi alətə çevirsin. Kupyansk istiqamətində keçirilən əməliyyat da məhz bu çərçivədə qiymətləndirilə bilər. Gələcəkdə bu kimi əməliyyatların təkrar olunması mümkündür, lakin onların intensivliyinin tədricən azalacağı gözlənilir. ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyini azaltması, təbii ki, Ukraynanın döyüş meydanındakı imkanlarını da məhdudlaşdıracaq. Nəticədə, Ukrayna daha çox müdafiə mövqeyində qalmağa məcbur olacaq və hücum potensialı zəifləyəcək. Yekun olaraq, Ukrayna danışıqlara daha güclü və əlverişli mövqedən getmək istəyir, amma resursların azalması bu hədəfə çatmağı çətinləşdirir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər