00:00:00
Yazar
Admin User
28.07.2025 15:53 87 2 dəq oxuma
Dünya

Ukrayna məsələsindəki təşəbbüslərinə görə Türkiyəyə təşəkkür edirik

Ukrayna məsələsindəki təşəbbüslərinə görə Türkiyəyə təşəkkür edirik

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna məsələsinin həlli istiqamətindəki təşəbbüslərinə görə Türkiyəyə minnətdarlıq hissi keçirir: “Türkiyə hər bir danışıqlar iştirakçısının rəğbətini qazanır. Türk rəhbərliyinə danışıqların aparılması üçün yaratdığı şəraitə görə təşəkkür edirik”.


Peskov Moskva şəhərində jurnalistlərin gündəmdəki məsələlərlə bağlı suallarını cavablandırarkən qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Çində görüşməsi ilə bağlı indiyə qədər heç bir hazırlıq işi görülməyib. Onun sözlərinə görə, Putin sentyabrın əvvəlində Çinə səfər etməyi planlaşdırır.

“Əgər ABŞ Prezidenti həmin tarixlərdə Çinə səfər etmək qərarı verərsə, ikitərəfli görüş istisna olunmur, lakin bununla bağlı hələlik heç bir hazırlıq görülmür. Əvvəlcə mütəxəssislər səviyyəsində müəyyən işlərin aparılması vacibdir”, – deyə o bildirib. Peskov həmçinin əlavə edib ki, Putin-Tramp görüşünün Türkiyədə keçirilməsi ehtimalına dair Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradə nümayiş etdirdiyi məlumdur. Lakin bu məsələdə konkret bir irəliləyiş qeydə alınmayıb.

 

Rusiyanın Ukrayna ilə birbaşa danışıqlarının Türkiyənin ev sahibliyində keçirildiyini xatırladan Peskov deyib:

 

“Türkiyə hər bir danışıqlar iştirakçısının rəğbətini qazanır. Ankara və Türk rəhbərliyinə Ukrayna məsələsinin həlli istiqamətindəki təşəbbüslərinə görə minnətdarlığımızı bildiririk. Türk rəhbərliyinə danışıqların aparılması üçün yaratdığı şəraitə görə də təşəkkür edirik”. Sözçü Peskov vurğulayıb ki, Rusiya Ukrayna ilə danışıqları davam etdirməkdə maraqlıdır. O qeyd edib ki, üçüncü tur müzakirələrdə Rusiya onlayn formatda fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Bu məsələdə Ukraynadan cavab gözləyirlər.


TRT XƏBƏR

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər