Ukrayna NATO-ya qoşulmaq istəyindən imtina etmir
ABŞ-nin planı Ukraynanın NATO-ya qoşulmaq istəyindən rəsmi olaraq imtina etməsini tələb etmir.
"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukraynanın NATO-ya üzv olub-olmaması qərarı bizimdir və seçimimiz artıq edilib. Ukrayna Konstitusiyasına ölkənin NATO-ya qoşulmayacağı ilə bağlı bənd daxil edəcək düzəlişləri rədd etdik”, - o bildirib.
