00:00:00
Yazar
Elmira Ağayeva
22.05.2026 20:35 123 2 dəq oxuma
Siyasət

Ukrayna niyə geri addım atmır?

Ukrayna niyə geri addım atmır?

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun görüş təklifinə cavab olaraq rəsmi Kiyevin Belarusa qarşı qabaqlayıcı zərbə endirmək imkanlarının olduğunu bəyan edib. Ukrayna dövlət başçısı bu barədə öz teleqram kanalında paylaşım edib.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, vaxtilə Ukrayna danışıqlara, dialoqa cəhd etdi və Rusiya buna meylli olmadı:


“Təbii ki, üstünlük Moskvanın tərəfində olarkən bu təklifi rədd etdilər. Hazırda Rusiyanın sıxışdırılması prosesi başlayıb və Ukrayna müəyyən irəliləyişlər əldə edir. Bu, əsasən siyasi yöndədir. Belə olduqda bu dəfə də Ukrayna Rusiya və onun dəstəkçisi Belarusiyaya qarşı qəti davranır. Şübhəsiz ki, Ukrayna Prezidenti də danışıqlara meyllidir. Lakin nəticədə üstünlük əldə etmək üçün ola bilsin müvafiq zaman gözləyir. Lukaşenkonun çağırışı zəif görsənir və Ukrayna Prezidenti bu çağırışı əhəmiyyətli hesab etmir. Böyük ehtimalla müharibə davam edəcək və Rusiya və Belarus hədəflərinə Ukrayna zərbələr endirməyə davam edəcək. Böyük bir planın tərkib hissəsi olaraq Qərb həm İrana, həm də Rusiyaya qarşı savaşda maraqlıdır. Bu yöndə İran və Rusiyanın yanında olan Çin kimi dövlətləri neytrallaşdırmaq prosesi davam edir. İrana qarşı savaşın da Rusiyanı zəiflətmək qəbilindən olması zamanla ortaya çıxır. Fərqli cəbhələrdən eyni hədəflərə doğru davamlı və üzücü müharibə ssenarisinin hazırda tətbiqi davam edir. Odur ki, Ukrayna Prezidenti də özbaşına hərəkət etmir. Ona milyonlarla dəyərdə maddi dəstək, silah verən güclərin planı icra olunmaqdadır. Qərbin məqsədi ümumiyyətlə Ukrayna vasitəsi ilə Rusiyaya qarşı savaşı, mübarizəni davam etməkdir. Odur ki, Zelenskinin asanlıqla geri çəkilməsi, danışıqlara dərhal razılaşması asan başa gəlməyəcək. Bu hal onu göstərir ki, Ukrayna davam etməkdə israrlıdır”.


Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər