00:00:00
Yazar
Admin User
29.09.2025 18:07 81 1 dəq oxuma
Dünya

Ukrayna parlamenti Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi planlaşdırır

Ukrayna parlamenti Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı qətnamə layihəsi Ukrayna Ali Radasına təqdim olunub.

 

Parlamentin rəsmi saytında yerləşdirilən məlumata görə, sənəd 29 sentyabrda təqdim edilib. Qətnamənin mətni hələlik ictimaiyyətə açıqlanmayıb.


Bundan əvvəl NBC telekanalı Ağ Ev nümayəndəsinə istinadla xəbər verib ki, Tramp Nobel Sülh Mükafatını almaq istəyir, lakin uğur qazanacağına inanmır. Norveç mediası da yazıb ki, ABŞ Prezidenti Nobel mövzusunda Norveçin maliyyə naziri və əvvəlki NATO Baş katibi Yens Stoltenberqlə əlaqə saxlayıb. Ağ Ev isə Trampın Stoltenberqlə telefon danışığını təsdiqləsə də, söhbətin mövzusunu açıqlamayıb.


TASS

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər