00:00:00
Yazar
Admin User
04.06.2025 14:59 129 1 dəq oxuma
Dünya

Ukrayna Prezidenti orduda kadr dəyişiklikləri edib

Ukrayna Prezidenti orduda kadr dəyişiklikləri edib

Ukrayna Prezidenti Volodimir Zelenski orduda bir sıra kadr dəyişiklikləri həyata keçirib.

 

Zelenski çərşənbə axşamı Mıxaylo Drapatını Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, Oleq Apostolu Desant-Hücum Qoşunlarının komandanı, Robert Brovdini isə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı vəzifələrinə təyin edib.

 

Eyni zamanda Prezidentin fərmanları ilə Mıxaylo Drapatı Quru Qoşunların komandanı, İqor Skibyuk Desant-Hücum Qoşunlarının komandanı, Vadim Suxarevski isə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı vəzifəsindən azad olunublar.

Müvafiq fərmanlar Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.

 

Ayan Əsgərova 

Anadolu Agency

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər