00:00:00
Yazar
Admin User
03.10.2025 13:00 116 2 dəq oxuma
Siyasət

Ukrayna Qərbə inteqrasiyanı sürətləndirir

Ukrayna Qərbə inteqrasiyanı sürətləndirir

Ukrayna Rusiya ilə müharibə fonunda təhlükəsizlik və inkişaf naminə Qərbə üz tutur. Ukrayna Prezidenti Volodimir Zelenski müharibə yaşayan ölkələr üçün Birləşmiş Millətlər Təşkilatını (BMT) qeyri-effektiv adlandıraraq sərt tənqid edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Təhlükəsizlik Şurası, icrası məcburi olan qərarların qəbul edilməsinə imkan vermir:

 

“Zelenski BMT-ni tənqid etməsi yeni deyil.Əslində, BMT Təhlükəsizlik Şurası daim tənqidlərin mərkəzindədir. Bu səbəbdən BMT Təhlükəsizlik Şurası və ümumilikdə Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatlara və müharibələrə təsir edə bilmir. Digər ölkələrlə hərbi ittifaq qurmaq istiqamətində bu bölgənin nə qədər təsir göstərə biləcəyi sual altındadır və əslində heç bir təsiri yoxdur. Çünki vəziyyəti həm onlar yaxşı anlayır, həm də BMT-ni tənqid edirlər. BMT-də islahatlara ehtiyac var və bu məsələ artıq ABŞ prezidenti tərəfindən də gündəmə gətirilib. BMT-nin müharibə zamanı ölkələrə kömək etməməsinin əsas səbəbi Təhlükəsizlik Şurasının daimi üzvlərinin fərqli mövqelər tutmasıdır. Ukrayna müharibəsində məlumdur ki, Rusiya işğalçıdır, lakin digər daimi üzv Çin ona dəstək verir. Buna görə Təhlükəsizlik Şurası qərar qəbul edə bilmir, çünki daimi üzvlərin veto hüququ var. BMT-nin effektiv fəaliyyət göstərə bilməməsi beynəlxalq ictimaiyyətdə təşkilata olan inamı zəiflədib. Son illərdə həm Qərb dövlətləri, həm də inkişaf etməkdə olan ölkələr Təhlükəsizlik Şurasının strukturunun 1945-ci ildən bəri dəyişmədiyini vurğulayaraq, onu XXI əsrin reallıqlarına uyğunlaşdırmağın vacibliyini bildirirlər”.

 

Siyasi şərhçi eyni zamanda qeyd edib ki, Ukrayna Qərbə yaxınlaşmaqda davam edir:

 

“Rəsmi Kiyev bu addımı əsasən təhlükəsizlik və müdafiə məqsədləri ilə atır. Rusiya ilə müharibə fonunda Ukrayna NATO və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməyə çalışır. Qərblə inteqrasiya həm iqtisadi inkişaf, həm də demokratik dəyərlərin möhkəmlənməsi üçün önəmli hesab olunur. Bununla Ukrayna həm də ölkənin müstəqilliyini qorumağı və Rusiya təsirindən çıxmağı hədəfləyir”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər