00:00:00
Yazar
Admin User
28.09.2025 06:27 117 1 dəq oxuma
Dünya

Ukrayna raket zərbələrinə məruz qalıb

Ukrayna raket zərbələrinə məruz qalıb

Ukraynanın paytaxtı Kiyev sentyabrın 28-nə keçən gecə Rusiya Aerokosmik Qüvvələrinin qanadlı raketləri ilə hücuma məruz qalıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı edilib, kombinə olunmuş hücum davam edir.

 

Təxminən səhər saat 6:00-da (Bakı vaxtı ilə saat 7:00) Kiyevdə partlayış səsləri eşidilib. Eyni zamanda hərbçilər qanadlı raketlərin paytaxta doğru uçduğunu və bir neçə dəqiqə sonra güclü partlayışların təkrarlandığını bildiriblər.

 

"Hücum nəticəsində yaşayış infrastrukturuna ziyan dəyib, üç nəfər yaralanıb", - agentlik bildirib.

 

Partlayış səsləri Zaporojyedə də eşidilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər