00:00:00
Yazar
Admin User
08.09.2025 18:30 91 1 dəq oxuma
Dünya

Ukrayna “Ramştayn” formatında keçiriləcək iclasda HHM sistemləri almaq istəyir

Ukrayna “Ramştayn” formatında keçiriləcək iclasda HHM sistemləri almaq istəyir

Ukrayna “Ramştayn” formatının növbəti iclasında Qərb tərəfdaşlarından yeni hava hücumundan müdafiə (HHM) sistemləri istəmək niyyətindədir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib.

 

Onun sözlərinə görə, rəsmi Kiyevi görüşdə müdafiə naziri Denis Şmıqal təmsil edəcək.

 

“Bu dəfəki “Ramştayn” və ümumiyyətlə Avropa və ABŞ ilə əlaqələrimiz üçün bir nömrəli hədəf - HHM sistemimizin gücləndirilməsidir”, - o deyib.


Həmçinin Zelenski Şmıqal ilə Ukrayna Silahlı Qüvvələrinin 2026-cı il üçün ehtiyaclarını müzakirə edib.

 

“Qarşıda tərəfdaşlarımızla görüləcək çox iş var”, - o əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər