00:00:00
Yazar
Admin User
29.09.2025 10:25 93 1 dəq oxuma
Dünya

Ukrayna Rusiyadakı mühüm zavodu vurub

Ukrayna Rusiyadakı mühüm zavodu vurub

Ukrayna Rusiyanın Bryansk vilayətində “Karaçevski Elektrodetal” zavoduna zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

 

“Bu zavod elektrik birləşdiricilərinin - hərbi texnika üçün əsas komponentlərin istehsalı üzrə ixtisaslaşıb. Zavodun məhsulları raket idarəetmə sistemlərində, aviasiya və kosmik texnologiyada, tanklarda, zirehli transportyorlarda və digər zirehli texnikalarda, rabitə sistemlərində və idarəetmə cihazlarında istifadə olunur. Əslində, “Elektrodetal” Rusiya hərbi-sənaye kompleksinin bir hissəsidir, onsuz müasir rus silahlarının yığılması və təmiri pozulardı. Zavod döyüş sistemlərinin qapalı dövrəli elektron sxemlərində istifadə olunan on minlərlə birləşdirici istehsal edir”, - o bildirib.


Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Aleksey Neyjpapa isə bildirib ki, zərbə “Neptun” raketlərindən istifadə edilməklə həyata keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər