00:00:00
Yazar
Admin User
16.12.2025 16:28 108 2 dəq oxuma
Siyasət

Ukrayna Rusiyanın 400 milyonluq sualtı gəmisini partladıb

Ukrayna Rusiyanın 400 milyonluq sualtı gəmisini partladıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) növbəti unikal xüsusi əməliyyat həyata keçirərək “Novorossiysk” limanında Rusiya donanmasına məxsus “Varşavyanka” sinifli sualtı gəmini partladıb,bu əməliyyatı SBU-nun Hərbi Əks-kəşfiyyatının 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi-Dəniz Qüvvələri birgə təşkil edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, bu əməliyyatın Ukraynanın hərbi və siyasi mövqeyində ciddi dəyişiklik yaradacağını düşünmürəm:

 

"Rusiya ordusu təkcə bir hərbi gəmiyə bağlı deyil və bir gəminin sıradan çıxması Rusiyanın üstünlüyünü tam itirməsi və ya hərbi baxımdan ciddi çatışmazlıq yaşaması demək deyil. Bu hadisə Rusiyanı elə bir vəziyyətə salmır ki, hərbi əməliyyatları aparmaqda ciddi çətinliklə üzləşsin. Bununla belə, bu zərbə Ukraynada ruh yüksəkliyini artıra bilər. Eyni zamanda Ukraynanın müttəfiqləri üçün bir mesaj rolunu oynaya bilər ki, hələ hər şey üçün gec deyil, müəyyən imkanlar mövcuddur və Ukraynaya dəstək göstərilməklə real döyüş meydanında nəyisə dəyişmək mümkündür. Rusiyanın bu zərbəyə hansı cavabı verəcəyinə və bunun gələcək üçün nə vəd etdiyinə gəldikdə, Rusiya hazırda da meydanda üstünlük qazanmaq, müharibəni daha qısa müddətdə bitirmək və Ukraynanı ciddi zəiflətmək məqsədilə əməliyyatlar aparır. Lakin Rusiyanın imkanları da məhduddur. Bütün hərbi resursları tam səfərbər etmək nəzəri baxımdan daha sürətli nəticə verə bilər, amma bu real deyil. Çünki bütün imkanların xərclənməsi Rusiyanı gələcək təhlükələr qarşısında zəif vəziyyətə sala bilər. Bu səbəbdən Rusiya hazırda hesablanmış addımlar atır, eyni zamanda gələcək təhlükəsizlik risklərini də nəzərə almağa çalışır. Sözügedən zərbədən sonra əməliyyatların intensivliyində, eləcə də kəmiyyət və keyfiyyət baxımından müəyyən dəyişikliklər baş verə bilər. Rusiya təzyiqləri artıra bilər. Lakin bu təzyiqlərin artmasından asılı olmayaraq, meydandakı vəziyyətin nə Rusiyanın, nə də Ukraynanın xeyrinə həlledici şəkildə dəyişəcəyini gözləmək real görünmür".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər