00:00:00
Yazar
Səadət Əlizadə
14.03.2026 20:15 18 1 dəq oxuma
Siyasət

Ukrayna Rusiyanın iki gəmisini də vurub

Ukrayna Rusiyanın iki gəmisini də vurub

Martın 14-nə keçən gecə Ukraynanın Müdafiə Qüvvələri Rusiyaya məxsus iki hərbi vasitəni — “Slavyanin” bərəsini və “Avanqard” gəmisini vurub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

 

“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Aktiv Əməliyyatlar Departamentinin mütəxəssisləri martın 13-dən 14-nə keçən gecə Rusiyanın iki hərbi gəmisinə uğurlu zərbələr endiriblər. Əməliyyat nəticəsində düşmənin “Slavyanin” dəmir yolu bərəsi sıradan çıxarılıb, “Avanqard” gəmisi isə zədələnib. Bu gəmilər Rusiya tərəfindən Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə olunub”, – deyə kəşfiyyatın açıqlamasında bildirilib.

#gündəm #vurub #baki #gəmisini #rusiyanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər