Ukrayna Rusiyaya qarşı enerji müharibəsində artıq heç nədən çəkinmir
Ukrayna ilk dəfə olaraq Xəzər dənizindəki Rusiyaya məxsus Filanovski neft platformasına uzun mənzilli dronlarla zərbə endirdiyini açıqlayıb. Ukrayna Təhlükəsizlik Xidməti bunu Rusiyanın müharibəni maliyyələşdirən enerji infrastrukturuna qarşı genişlənən hücum kampaniyasının yeni mərhələsi adlandırır.
2024-cü ilin əvvəlindən bəri Ukrayna Rusiya neft emalı zavodlarını, ixrac infrastrukturunu, boru kəmərlərini və tankerləri hədəf alır. Avqustdan sonra hücumlar daha da artıb, noyabr isə rekord sayda zərbə ayı olub.
Hadisə müharibənin gərgin mərhələsində baş verir. Qlobal neft təklifi yüksək olduğu üçün Qərb ölkələri Ukraynanın Rusiya enerji sektorunu zəiflətmək strategiyasına daha çox dəstək verir.
Cnn News
Ədilə Hüseynzadə