00:00:00
Yazar
Admin User
29.10.2025 04:35 143 1 dəq oxuma
Dünya

Ukrayna tezliklə 2 milyard dollarlıq silah alacaq

Ukrayna tezliklə 2 milyard dollarlıq silah alacaq

Ukrayna yaxın aylarda yeni hərbi yardım öhdəliklərinin bir hissəsi olaraq təxminən 2 milyard dollarlıq silah alacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Bloomberg TV"yə müsahibədə bildirib.

 

Onun sözlərinə görə, Birləşmiş Ştatlar yardım öhdəliklərinin artırıldığı sistem yaradıb. "Ola bilsin, yaxın bir neçə ayda göndəriləcək 2 milyard dollar və ya daha çox pulumuz var. Bunun tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və çox güman ki, buna yekun vuracaq", - Uiteker bildirib.

 

M.Uiteker qeyd edib ki, 2026-cı ildə əsas məsələ Ukraynaya dəstəyin davamlılığı olacaq. "Əhəmiyyətli olan odur ki, Ukraynanın özünümüdafiə üçün çox ehtiyac duyduğu silahların alınması üçün lazım olan 12-15 milyard dollar məsələsi qaldırılacaq. Bunlar Amerika silahları olacaq", - o əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər