00:00:00
Yazar
Admin User
19.12.2025 13:13 250 2 dəq oxuma
Siyasət

Ukrayna üçün 90 milyard avro

Ukrayna üçün 90 milyard avro

Avropa Birliyi liderləri Ukraynaya 90 milyard avro (105 milyard dollar) kredit verməklə bağlı razılığa gəliblər, bu barədə BBC məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, AB-nin Ukraynaya 90 milyard avro kredit ayırmasının münaqişənin həllinə real təsir göstərəcəyi ehtimalı zəifdir:

 

"Bu addım daha çox siyasi xarakter daşıyır və Avropanın öz maraqlarına xidmət edir. Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı razılaşmanın əldə olunmaması da AB-nin bu niyyətini bir daha təsdiqləyir. Eyni zamanda bu fakt Birliyin daxilində siyasi fikir ayrılıqlarının kifayət qədər dərin olduğunu göstərir. ABŞ-nin Rusiya ilə gizli sövdələşməsi barədə mülahizələr mövcuddur. Bu yanaşma Donald Trampın Kremllə iqtisadi və ticarət əlaqələrinə can atması və Rusiyaya qarşı daha yumşaq mövqe nümayiş etdirməsi ilə əsaslandırılır. Paralel olaraq Yaxın Şərqdə gərginlik pik həddə yaxınlaşır. Mülahizələrə görə, Prezident Zelenskinin müharibəni məqsədli şəkildə uzatması Rusiya ilə ABŞ arasında mövcud olan razılaşma ilə bağlıdır. Belə ki, Rusiya nəzarət etdiyi əraziləri saxlayır, Ukraynanın qalan hissəsi isə ABŞ-nin təsir dairəsinə keçir. Bunun müqabilində Rusiya İsrailin Yaxın Şərqdəki maraqlarının təmin olunmasına dəstək verir. Bəzi Avropa liderlərinin Zelenski hökumətinə qarşı tərəddüdlü münasibət sərgiləməsi də məhz bu amillərlə əlaqələndirilir. Hazırda Ukraynada müharibənin mərhələli şəkildə başa çatdırılması və tərəflər arasında müvafiq mübadilə prosesinin getdiyi müşahidə olunur. Eyni zamanda Yaxın Şərqdə Türkiyənin Suriyadakı silahlı qruplara qarşı hərbi əməliyyatlara başlaması gündəmdədir. Mövcud planları poza biləcək əsas ölkə məhz Türkiyədir. Mümkündür ki, Ukrayna–Rusiya arasında nəzərdə tutulan sövdələşmə tamamlanmadan Türkiyə Suriyadakı problemi həll etsin. Bu halda Yaxın Şərqdə Rusiyanın roluna ehtiyac azalacaq. Məhz buna görə də qarşıdakı üç ay ərzində hər iki istiqamət üzrə ən aktiv və həlledici mərhələnin şahidi ola bilərik".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər