Ukrayna və ABŞ nümayəndə heyətləri sabah Nyu-Yorkda görüşəcək
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ilə ABŞ nümayəndə heyətlərinin sabah ABŞ-nin Nyu-York ştatında görüş keçirəcəyini açıqlayıb.
Ukrayna mediasının məlumatına görə, Zelenski videomüraciətində bildirib ki, Prezident Administrasiyası rəhbəri Andriy Yermak, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov həftə ərzində Qətər, Səudiyyə Ərəbistanı və İsveçrədə təmaslarda olublar.
Zelenski deyib:
“(29 avqust) Cümə günü ABŞ-nin Nyu-York şəhərində Prezident Donald Trampın komandası ilə görüşlərimiz olacaq”.
Onun sözlərinə görə, görüşlərə təhlükəsizlik zəmanətləri çərçivəsində çalışan bütün rəsmilər qatılacaq. Danışıqlar hərbi, siyasi və iqtisadi aspektləri əhatə edəcək.
Zelenski həmçinin Rusiyaya qarşı çəkindiriciliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Haber Global
Nuray Əliyeva