Ukrayna və Rusiya arasındaki gərginlik davam edir
Rusiya rəsmiləri iki ölkə arasında hava müharibəsinin şiddətlənməkdə davam etdiyi bir vaxtda Ukraynanın sərhədyanı şəhərə hücumunun qarşısını aldıqlarını bildiriblər.
Rəsmilər şənbə günü 25 nəfərin öldüyü Belqoroda çatmamış onlarla raketin vurulduğunu qeyd edib. Ukrayna məsələyə münasibət bildirməyib.
Hücumlar Rusiyanın indiyədək ən böyük hava bombardmanını həyata keçirməsindən sonra baş verib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 5 gün ərzində 300-ə yaxın raket və 200 pilotsuz uçuş aparatından istifadə etdiyini söyləyib.
Rusiyanın Ukraynaya yenidən havadan bombardmanları ötən həftənin sonunda başlayıb. Ukrayna qüvvələri şənbə günü Belqoroda hücumla cavab verib və nəticədə 100-dən çox adam da yaralanıb.Gecə müraciətində o, Rusiyanın çərşənbə axşamı "müxtəlif tipli demək olar ki, yüz raket" atdığını deyib. Onun sözlərinə görə, onlar "düşmən tərəfindən mümkün qədər çox zərər vurmaq üçün xüsusi olaraq hesablanıb".
Cənab Zelenskinin sözlərinə görə, təkcə çərşənbə axşamı günü 10 hipersəs ballistik raketi vurulub.
Ukrayna rəsmiləri çərşənbə günü səhər saatlarında bildiriblər ki, çərşənbə axşamı günü Ukraynanın ən böyük şəhərlərinə, o cümlədən Xarkov və Kiyevə edilən hücumlar ölkə boyu 130-dan çox insanın ölümünə və ya yaralanmasına səbəb olub.
Bu arada, vilayət qubernatorunun sözlərinə görə, çərşənbə axşamı günü Belqorodda sərhəddə bir nəfər ölüb, beş nəfər yaralanıb. Bununla belə, bir gecədə bölgəyə atılan 12 raket Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi haqqında müdafiə nazirliyi bildirib.
Moskvada quraşdırılmış qubernator Mixail Razvozhayev Telegram-da bildirib ki, gecə ərzində Rusiyanın işğal etdiyi Krımın ən böyük şəhəri olan Sevastopolda da partlayış səsləri eşidilib. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Rusiya prezidenti Vladimir Putin artıq Ukraynanın Belqoroda son hücumlarına cavab olaraq zərbələri artıracağına söz verib.
BBC news
Təhminə Abdurəhimova
