00:00:00
Yazar
Admin User
07.09.2025 07:24 89 1 dəq oxuma
Dünya

Ukrayna XİN rəhbəri dünya dövlətlərinə müraciət edib

Ukrayna XİN rəhbəri dünya dövlətlərinə müraciət edib

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyanın kütləvi hücumu nəticəsində ölkənin hökumət binasında baş verən yanğından sonra ciddi eskalasiya elan edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat verilib.

 

"Rusiya genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfədir ki, Kiyevdə Ukrayna hökumət binasına ziyan vurub. Təkcə bu ciddi eskalasiyadır. Ən böyük rüsvayçılıq odur ki, bu qəddar hücumlar məhz prezident (ABŞ Donald) Trampın sülhə nail olmaq üçün hər cür səy göstərdiyi bir vaxtda baş verir", - Sibiqa yazıb.

 

O, dünya ictimaiyyətini Moskvaya təzyiqləri artırmağa, Rusiyadan enerji resursları almağı dayandırmağa, bu ölkəyə qarşı yeni sərt sanksiyaların tətbiqinə və Ukraynanın gücləndirilməsi üçün tədbirlərə çağırıb.

 

Nazir, gözləməyin nəticə verməyəcəyinə inanır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər