00:00:00
Yazar
Admin User
26.09.2025 18:23 104 2 dəq oxuma
Siyasət

Ukrayna Zaporojye və Krım istiqamətində Rusiya hərbi təyyarələrini vurub

Ukrayna Zaporojye və Krım istiqamətində Rusiya hərbi təyyarələrini vurub

Ukrayna Hərbi Hava Qüvvələri Zaporojye istiqamətində Rusiyaya məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsini vurduğunu açıqlayıb.

 

Mövzu ilə bağlı Mütəllim Rəhimov “İnformator.az”a bildirib ki, Ukraynanın bu hücumları müharibənin gedişatında strateji dəyişikliklər yarada bilər:

 

“Ukraynanın hava müdafiə qabiliyyətinin güclənməsini və Rusiya hava qüvvələrinin zəifləməsini nümayiş etdirir. Xüsusilə, Zaporijya istiqamətində Su-34 qırıcısının vurulması Rusiyanın bombardman qabiliyyətini məhdudlaşdırır, çünki bu təyyarələr quru qüvvələrinə dəstək vermək üçün vacib amildir və onların itirilməsi Rusiya ordusunun irəliləməsini ləngidir. Krımda isə iki An-26 nəqliyyat təyyarəsi və radar stansiyalarının məhv edilməsi Rusiyanın logistika və kəşfiyyat sistemlərini pozur, bu da Krım körpüsünə və yarımadanın müdafiəsinə təsir edə bilər. Uzunmüddətli perspektivdə bu, Ukraynaya hava üstünlüyü qazandıraraq, Rusiya qüvvələrinin geri çəkilməsinə və ya müdafiə mövqelərinin dəyişməsinə səbəb ola bilər, xüsusilə Qərbdən alınan F-16 və ATACMS kimi silahların effektivliyi artıq sübut etməkdədir. Bu itkilər Rusiyanın təyyarə parkını azaldır. Su-34 kimi modellərin qiyməti 33 milyon dollara yaxındır və onların əvəzlənməsi sanksiyalar səbəbindən çətindir, bu da müharibənin uzanmasına və Rusiya iqtisadiyyatına əlavə yük yaradır. Bu hadisələrin beynəlxalq diplomatiyada əhəmiyyəti, xüsusilə Qərbin dəstəyi fonunda Ukraynanın uğurlarının Qərb ölkələrini daha çox yardım etməyə həvəsləndirməsindədir. Qərb ölkələri, xüsusilə ABŞ və NATO üzvləri, Ukraynaya hava müdafiə sistemləri və qırıcılar təmin edir. Ukraynanın son hücumları bu dəstəyin effektivliyini sübut edir. Beləliklə, daha çox silah tədarükünə yol açır. Bu, Rusiyanın "qırmızı xətlər" iddiasını zəiflədir və danışıqlar masasında Ukraynanın mövqeyini gücləndirir. Artıq Qərb ölkələri Krım kimi ərazilərdə hücumlara icazə verir. Eyni zamanda, bu hadisələr Rusiyanın təcavüzkarlığını təsdiqləyərək beynəlxalq sanksiyaların davam etməsinə səbəb olur. Qərb dəstəyi artarsa, bu müharibənin dinamikasını Ukrayna xeyrinə dəyişə bilər, lakin bəzi Qərb ölkələrində (məsələn, Almaniya) eskalasiya qorxusu səbəbindən tərəddüdlər yarada bilər. Rusiya daxilində siyasi və ictimai reaksiyalar belə itkilərə qarşı fərqli ola bilər. Siyasi səviyyədə bu, Putin rejimi üçün utancverici hesab edilir. Çünki bu cür itkilər ordunun zəifliyini göstərir və opponentlər bunu tənqid etmək üçün istifadə edə bilər. Lakin senzura səbəbindən açıq etirazlar məhduddur. İctimai olaraq, dövlət mediası bu itkiləri "xüsusi əməliyyatın" bir hissəsi kimi təqdim edir. Buna baxmayaraq hərbçi ailələləri arasında narazılıq getdikcə artacaq, çünki ekipaj üzvlərinin ölümü (Su-34-də iki pilot) ailələrə təsir edir və mobilizasiya qorxusunu gücləndirir. Sosial şəbəkələrdə tənqidlər artsa da, hökumətin onları boğmaq imkanı var. İqtisadi sanksiyaların təsiri altında belə itkilər daxili müqaviməti və ya hərbi daxilində narazılığı artıra bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər