Ukraynada 25nəfər həlak olub
Ukraynanın qərb hissəsinə Rusiyanın endirdiyi ən ölümcül hücumlardan birində 25 nəfər, o cümlədən uşaqlar həlak olub.
Ukrayna xilasedici rəsmilərinin məlumatına görə, Rusiyanın dron və raket hücumu nəticəsində ölkənin qərbində yerləşən Ternopil şəhərində iki yaşayış binasına zərbə dəyib və ən azı 25 nəfər, o cümlədən üç uşaq həlak olub.
Rəsmilər bildiriblər ki, daha 73 nəfər yaralanıb, onların 15-i uşaqdır. Bu hadisə Rusiyanın 2022-ci ildə genişmiqyaslı müharibəyə başlamasından bəri Ukraynanın qərbinə endirilən ən ölümcül hücumlardan biri hesab olunur.
BBC News
Gövhər Mehyəddinova