00:00:00
Yazar
Admin User
16.09.2025 14:08 103 1 dəq oxuma
Dünya

Ukraynada deputatların orduya cəlbi təklif olunur

Ukraynada deputatların orduya cəlbi təklif olunur

 

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun "Avropa həmrəyliyi" partiyasının Ali Radada fraksiyasının həmsədri İrina Geraşenko parlamenti deputatların müqavilə əsasında orduda xidmətə icazə verən qanunun qəbul etməsinə çağırıb.

 

"İnformator" "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı layihə ilk oxunuşda 2022-ci ildə qəbul edilib.  

 

Qanun layihəsi "Ukrayna xalq deputatı statusu haqqında" qanuna və Ali Radanın Reqlamentinə dəyişiklik etməyi nəzərdə tutur. 

 

Dəyişikliyə əsasən, deputat müharibə zamanı müqavilə əsasında Ukrayna silahlı qüvvələrində, ərazi müdafiə qüvvələri və ərazi könüllü qüvvələri sıralarında xidmət edə bilərlər. 

 

Hazırda Ali Radanın deputatları müharibədə müqavilə olmadan, yalnız könüllülük əsasında iştirak edə bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər