00:00:00
Yazar
Admin User
25.08.2023 15:12 342 2 dəq oxuma
Dünya

Ukraynada radiasiya artır

Ukraynada radiasiya artır

  Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Moskvadan maraqlı bir açıqlama gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukraynada radioaktiv çirkliliyin artdığını bildirib. Hətta ölkəni həyat üçün yarasız olduğunu açıqlayıb.

  Bu ilin martında Böyük Britaniya Ukraynaya tükənmiş uran mərmilərini göndərmək planlarını açıqlayıb. NATO bunun beynəlxalq hüquqa zidd olmadığını bildirib. Tükənmiş uran son dərəcədə ağır, lakin radioaktiv olmayan metaldır. Bundan başqa Birləşmiş Ştatların Ukraynaya verdiyi "Abrams" tankları da sözügedən mərmilərə təchiz olunub. Yüksək sürətlə atılan mərmilər uzaq məsafədən rus tankının zirehini dağıtmağa qadirdir. Rusiya tərəfi isə bu tip silahların göndərilməsini etriazla qarşılayıb. Rəsmi Moskva hər nə qədər müharibə ərzində nüvə silahından istifadə edəcəyinə dair müxtəlif təhdid mesajları versə də, bunun region və dünya üçün böyük təhlükə olduğunu yaxşı başa düşür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın qeyd edib ki, ukraynalılar sözügedən silahların mümkün qədər tez ölkədən çıxarılmasını tələb etməlidirlər. “Ukrayna ərazisində radioaktiv çirklənmə başlayıb. Buna səbəb isə Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi uranlı silahlardır. Ukrayna həyat üçün yararsız ölkəyə çevrilir. Ukraynalılar sözügedən silahların mümkün qədər tez ölkədən çıxarılmasını tələb etməlidirlər”.

  Uran mərmilərinin dağıdıcı gücü yüksək olmasa da, radiasiya təhlükəsi də var. Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun sözlərinə görə, tükənmiş uran döyüş sursatlarından istifadə zamanı kiçik hissəciklərdən alfa-radiasiya ağciyəri və digər daxili orqanları zədələyir. Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri bildirib ki, tənəffüs yolu ilə alınan uranın “kimyəvi toksikliyi” insan bədəni üçün zərərli ola bilər. Hətta bu mərminin istifadə edildiyi bölgələrdə aparılan testlərə görə, insanlarda doğuşdan müəyyən qüsurlar belə yarana bilər. Ekspert Marina Mironun sözlərinə görə, tükənmiş uran mərmiləri nüvə silahı sayılmır. Onlar insanları zəhərləmək üçün nəzərdə tutulmayıb. “Zirehləri deşmək qabiliyyətinə görə istifadə olunurlar. Buna baxmayaraq, tükənmiş uran mərmiləri yerə düşərsə, torpağı çirkləndirə bilər. Bu isə bölgə üçün çox təhlükəlidir”.

  Digər tərəfdən Ukraynada radiasiyanın artması ilə bağlı narahatlığın səbəbi təkcə uran mərmiləri deyil. Belə ki, ölkədə bir neçə atom elektrik stansiyası var. Həmin stansiyalardan birinin belə ciddi şəkildə zərər görməsi Ukrayna və dolayısı yolla dünya üçün böyük təhlükə deməkdir. Çünki nə Kiyev, nə də Avropa ikinci Çernobil faciəsini qaldıra biləcək gücdədir.

CAVİD

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər