00:00:00
Yazar
Admin User
25.08.2025 14:49 195 2 dəq oxuma
Siyasət

Ukraynada sülh üçün təminat tələbi

Ukraynada sülh üçün təminat tələbi

ABŞ administrasiyası hesab edir ki, Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi və ərazi məsələlərinin həlli münaqişənin sülh yolu ilə həll olunmasında əsas amillərdir. Bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "NBC News"a müsahibəsində bildirib. O, həmçinin müharibənin üç- altı ay ərzində sona çatacağına ümid etdiyini qeyd edib.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, tərəflərin sülh nəticəsində hər hansı bir fayda əldə etməsi ABŞ-nin köməyi olmadan real görünmür:

 

"ABŞ Administrasiyasının müxtəlif açıqlamaları göstərir ki, bu mərhələdə ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etmək niyyətində deyil. Digər tərəfdən, Rusiyanın Ukrayna qarşısında qoyduğu şərtlər çox sərtdir. 2022-ci ildən etibarən Rusiya Ukraynadan NATO üzvlüyü və digər bəzi tələblərin qarşılanmasını istəyib. Bununla yanaşı, Böyük Britaniyanın təşəbbüsü ilə Ukraynaya yardım koalisiyası yaradılıb və artıq bu koalisiyada təxminən 30 ölkə iştirak edir. Onlardan təxminən 10 ölkə, əgər Ukrayna-Rusiya müharibəsində müəyyən nəticələr əldə olunarsa, Ukraynaya dəstək və təminat verməyə hazırdır. Əsas dövlətlər – Türkiyə, Böyük Britaniya, Fransa və Almaniya – isə öz məsuliyyətlərini götürmək istəyirlər. Bununla bağlı variantlar da nəzərdən keçirilir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün təminatı ilə böyük dövlətlər məsələni həll edə bilərlər".

 

Ekspert həmçinin bunu da bildirib ki, Türkiyə, xüsusən, Ukraynanın Qara dənizdə yerləşən liman şəhərlərinin təhlükəsizliyini təmin etmək istəyir:

 

 "Böyük Britaniya Ukraynanın qərb bölgələrində,   Lvov və digər şəhərlərdə hava məkanını qorumağı nəzərdə tutur ki, Rusiya oradakı hava qüvvələrinə zərər verə bilməsin. Fransa və Almaniya isə Belarus və Ukrayna arasındakı orta zolaqda təhlükəsizliyi təmin etməyə hazırdır. Daimi üzv dövlətlər eyni zamanda belə bir çıxış edirlər ki, əgər Ukrayna NATO-ya qəbul olunmasa belə, ona 5-ci maddənin tətbiqi olsun. Yəni, Ukrayna və Rusiya arasında hər hansı bir hərbi əməliyyat olsa belə, NATO-nun 5-ci maddəsi Ukraynaya şamil edilsin. Hazırda tərəflər hələ hər hansı bir razılaşma imzalamayıblar. Rusiya təklif edir ki, əvvəlcə razılaşma imzalansın, sonra atəşkəs tətbiq olunsun. Ukrayna tərəfi isə 30 günlük (əvvəl 60 günlük) atəşkəs müddətini müzakirə edir. Müharibədə ilk yüksək səviyyəli görüşün bir və ya iki həftə ərzində Türkiyədə baş tutması ehtimal olunur. Bu görüşdə Tramp və Ərdoğan da iştirak edə bilərlər, lakin onların iştirakı ehtimalı azdır".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər