00:00:00
Yazar
Admin User
02.09.2025 08:05 77 1 dəq oxuma
Dünya

Ukraynada uşaqlar zirzəmilərdə təhsil alır

Ukraynada uşaqlar zirzəmilərdə təhsil alır

Rusiyanın davam edən hücumları səbəbindən Ukraynanın Sumi bölgəsində yerləşən Bobryk kəndində şagirdlər dərslərini zirzəmidə keçirirlər. Məktəb üçün nəzərdə tutulmamış inzibati binanın bodrumu yeni havalandırma və elektrik sistemi ilə yenidən qurulub, dar siniflər qalın pərdələrlə ayrılıb.

 

Təxminən 2 min əhalisi olan kənddəki məktəbdə cəmi yüzdən bir qədər çox şagird qalıb. Müharibə başlayandan bəri onlarla uşaq kəndi tərk edib. Bir çox ailə isə təhlükələrə baxmayaraq uşaqlarını məktəbdə saxlamağa çalışır. Şagirdlər deyir ki, tez-tez dron və partlayış səsləri eşidilir, lakin onlar zirzəmidə oxumağı məsafədən təhsildən üstün tuturlar. Müəllimlər dərslərdə uşaqlara müharibədən kənar mövzulara diqqət ayıraraq normal həyat hissini qorumağa çalışırlar.

 

Məktəbin direktoru Oleksii Korenivskyi isə bildirir: “Bu nəslin itməməsi üçün hər şeyi etməliyik. Zaman – əvəzini çıxara bilməyəcəyimiz yeganə şeydir. Bu, bizim gələcəyimizdir və əlimizdən gələni etməliyik". Bobryk məktəbi Ukraynalıların müharibə şəraitində belə həyatı davam etdirmə və təhsili qoruma səylərinin kiçik, lakin güclü bir nümunəsi sayılır.


Euronews
Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər