00:00:00
Yazar
Admin User
05.09.2025 14:18 73 2 dəq oxuma
Dünya

Ukraynada yerləşdiriləcək mümkün xarici birlikləri legitim hədəf sayacağıq

Ukraynada yerləşdiriləcək mümkün xarici birlikləri legitim hədəf sayacağıq

 

Rusiya Prezidenti Vladimir Putin, Ukraynada sülhün təmin olunacağı təqdirdə xarici hərbçilərə ehtiyac olmayacağını bildirərək, “Xüsusilə indi hərbi toqquşmalar zamanı orada hər hansı bir birliyin yerləşdirilməsi halında, onların legitim hədəf olacağını hesab edirik”, – deyib.

 

Putin,Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun əsas iclasında açıqlamalar verib.

 

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olmadıqlarını,bunu legitim seçim kimi qiymətləndirdiklərini deyən Putin, NATO üzvlüyünə isə Rusiyanın təhlükəsizliyi baxımından qarşı olduqlarını vurğulayıb.

 

Putin, Ukrayna tərəfi ilə görüşməyə hazır olduqlarını bir daha təkrarlayaraq bildirib:

“Moskva görüş üçün ən yaxşı yerdir. Təhlükəsizliklərini 100 faiz təmin edirik. Əgər görüş üçün başqa yerə çağırırlarsa, biz bunu həddindən artıq tələbkarlıq kimi qiymətləndiririk”.

 

Ukraynanın yaxın vaxtadək Rusiya ilə təmasları rədd etdiyinə diqqət çəkən Putin,indi isə təmaslar üçün tələblər irəli sürdüyünü söyləyib.

 

Ukrayna üçün təhlükəsizlik zəmanətləri.

 

Putin Ukraynadakı məhkəmə sisteminin çökdüyünü iddia edərək deyib:

“Kiyevin danışıqlar aparmaq üçün siyasi iradəyə sahib olacağını düşünmürəm. Olsa belə, hüquqi və texniki çətinliklər mövcuddur. Ukrayna Konstitusiyasına görə, ərazi razılaşmalarının referendumla təsdiqlənməsi tələb olunur,lakin bunun üçün hərbi vəziyyətin ləğv olunması lazımdır”.

 

Ukraynada təhlükəsizlik zəmanətləri çərçivəsində yerləşdirilə biləcək xarici hərbi birliklərə toxunan Putin deyib:

“Bu, Ukraynanın NATO-ya çəkilməsinin əsas səbəbləri arasındadır. Buna görə də xüsusilə indi hərbi toqquşmalar zamanı orada hər hansı bir birliyin yerləşdirilməsi halında, onların legitim hədəf olacağını hesab edirik”.

 

Putin,sülh sazişinə nail olunacağı təqdirdə Rusiyanın razılaşdırılmış şərtlərə tam şəkildə əməl edəcəyini bildirərək,“Uzunmüddətli sülhə aparacaq həll yollarına nail olunarsa, onda Ukrayna ərazisində xarici hərbçilərin mövcudluğuna ehtiyac qalmayacaq. Həm Rusiya, həm də Ukrayna üçün həll olunmalı olan təhlükəsizlik zəmanətlərinə hörmətlə yanaşacağıq”, – ifadələrini işlədib.

 

TRT XƏBƏR

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər