00:00:00
Yazar
Admin User
03.06.2025 14:25 111 1 dəq oxuma
Dünya

Ukraynadan Rusiyaya yeni hücum

Ukraynadan Rusiyaya yeni hücum

 

Ukrayna Rusiyanı Krım yarımadası ilə birləşdirən Kerç körpüsünə sualtı partlayıcılarla hücum edildiyini açıqlayıb.

 

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

 

SBU Telegram hesabında “yeni və unikal xüsusi əməliyyat” həyata keçirildiyini, Krım körpüsünün (Kerç) üçüncü dəfə hədəf alındığını və bu dəfə hücumun su altında həyata keçirildiyini paylaşıb.

 

Körpünün dayaqlarına partlayıcıların yerləşdirildiyi və ilk partlayışın bu gün səhər saat 04:44-də baş verdiyi bildirilib.

 

CNN İnternational-ın məlumatına görə, körpünü dəstəkləyən sualtı dirəklərə 1100 kiloqram partlayıcının yerləşdirildiyi və bu partlayışın “ciddi konstruksiyaya ziyan vurduğu” açıqlanıb. Ukraynanın bu hücumla bağlı iddiasına Moskvadan dərhal cavab verilməyib. Lakin səhər saatlarında körpünün rəsmi operatorunun Telegram hesabında verilən açıqlamada körpüdə hərəkətin müvəqqəti olaraq dayandırıldığı bildirilib. Yerli vaxtla saat 09:00-dan etibarən nəqliyyatın hərəkəti normallaşdığı bildirilib.

 

Yeni hücum diqqətəlayiqdir, çünki bu, Ukraynanın bazar günü Rusiyanın nüvə silahına malik strateji bombardmançı təyyarələrinin yerləşdiyi hava bazalarına aviazərbələr endirməsindən sonradır. Rusiya 2014-cü ildə Krımı, 2022-ci ildə başlayan müharibədən sonra Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini qanunsuz olaraq ilhaq edib.

 

 

 

CNN Türk

Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər