00:00:00
Yazar
Admin User
08.07.2025 14:04 94 1 dəq oxuma
Dünya

Ukraynadan üçüncü raund danışıqlar üçün tarix təklifi gözləyirik

Ukraynadan üçüncü raund danışıqlar üçün tarix təklifi gözləyirik

Kreml sözçüsü Dmitriy Peskov Ukraynadan üçüncü raund danışıqlar üçün tarix təklifi gözlədiklərini bildirərək, “Tarixin müəyyən olunacağına ümid edirik”,- deyib.

 

Peskov Moskva şəhərində jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlama verib.

 

Ukrayna ilə üçüncü raund danışıqların tarixi müəyyən olunubmu?- sualına cavab olaraq Peskov deyib: 

“Ukrayna tərəfindən danışıqlar tarixi ilə bağlı təklif gözləyirik. Tarixin müəyyən olunacağına ümid edirik. Bu müəyyən edildikdə sizi məlumatlandıracağıq”.

 

Peskov həmçinin ABŞ Prezidenti Donald Tramp və onun komandasının Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar prosesinə dair təşəbbüslərini əhəmiyyətli hesab etdiklərini vurğulayıb.

 

TRT XƏBƏR 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər