00:00:00
Yazar
Admin User
27.08.2025 18:08 74 1 dəq oxuma
Dünya

Ukraynanın ABŞ-dəki yeni səfiri bəlli olub

Ukraynanın ABŞ-dəki yeni səfiri bəlli olub

Olqa Stefanişina Ukraynanın ABŞ-dəki səfiri olub.


"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.


Ukrayna lideri bildirib: "Mən indicə Ukraynanın ABŞ-dəki yeni səfiri Olqa Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb. Bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım".

 

Qeyd edək ki, 40 yaşlı Stefanişina Odessada anadan olub. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Beynəlxalq hüquq üzrə magistr dərəcəsi və ingilis dilindən tərcüməçi ixtisası alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər