00:00:00
Yazar
Admin User
25.08.2025 13:50 124 2 dəq oxuma
Siyasət

Ukraynanın davamlı dəstəyə ehtiyacı olacaq

Ukraynanın davamlı dəstəyə ehtiyacı olacaq

Ukraynanın özünü müdafiə etmək və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün davamlı dəstəyə ehtiyacı olacaq, bunu Niderlandın müdafiə naziri, xarici işlər naziri vəzifəsini icra edən Ruben Brekelmans deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, ümumiyyətlə, bir çox Avropa ölkələrinin müdafiə nazirlərinin açıqlamaları real təsirə malik deyil:

 

"Bilirsiniz, “Ukraynanın təhlükəsizliyi” ifadəsi məndə bir qədər ironik təbəssüm yaradır. Hansı təhlükəsizlikdən söhbət gedə bilər? Təhlükəsizlik artıq əldən gedib. Axı Ukrayna 1994-cü ildə üç böyük dövlətdən – ABŞ, Böyük Britaniya və Rusiyadan təhlükəsizlik zəmanəti alıb. Amma həmin zəmanəti pozan da məhz bu dövlətlərdən biri – Rusiya oldu. Digərlərinin də – ABŞ və Britaniyanın – Ukraynanın qarışdırılmasında və zəmanətin pozulmasında ciddi rolu var. Sonra da Rusiya bu vəziyyəti bəhanə edərək Ukraynaya hücum etdi. Ukraynanı isə heç kim müdafiə etmədi.İndi hansı zəmanətdən danışmaq olar? Niderland? Axı Niderland öz təhlükəsizliyini qorumaqda çətinlik çəkir. Belə bir ölkənin müdafiə naziri çıxıb Ukraynanın təhlükəsizliyindən danışanda bu, həqiqətən gülməli görünür. Ümumiyyətlə, bir çox Avropa ölkələrinin müdafiə nazirlərinin açıqlamaları real təsirə malik deyil. Onların sözləri “biz də varıq, qorxma” mesajından uzağa getmir. Ukraynaya real dəstək göstərə biləcək yeganə dövlət Amerikadır. O da Avropada yerləşmir.Hal-hazırda heç bir Avropa ölkəsi silah istehsalı və ixracında Rusiya ilə rəqabət apara bilməz. Gələcəkdə müdafiə büdcələrinin artırılması mümkündür, amma bu da sosial problemlərə səbəb olacaq. Çünki əhalinin gündəlik rifahı pisləşdikcə, “niyə Ukraynaya görə biz sosial vəziyyətimizi qurban verməliyik?” sualı ortaya çıxacaq.Ukrayna isə hər dəfə Avropaya müraciət edərək deyir ki, “biz sizin təhlükəsizliyiniz üçün vuruşuruq”. Amma adi avropalı üçün bu, uzaq bir mövzudur. İnsan dərisində hiss etmədiyi problemi qəbul etmir. Ukrayna müharibəsi avropalıların gündəlik həyatından çox uzaqdır. Bu məsələdən ciddi narahat olan yalnız Polşa, Baltik ölkələri və Finlandiyadır. Çünki onlar tarixən Rusiya işğalına məruz qalıblar. Amma Niderland, Belçika, Lüksemburq kimi ölkələrin əhalisinə Ukraynanın Avropa təhlükəsizliyi uğrunda döyüşdüyünü anlatmaq çətindir.Reallıq budur ki, Ukraynanın vəziyyəti çox çətindir. Niderlandın müdafiə nazirinin açıqlamaları isə heç nəyi həll etmir. ABŞ-nin müdafiə naziri danışsa, bu müəyyən nəticə verə bilər. Amma Niderland və oxşar ölkələrin açıqlamaları sadəcə siyasi jestlərdən ibarətdir. Onların Ukraynanın müdafiəsi üçün real addım atmaq imkanları yoxdur, istəsələr belə".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər