00:00:00
Yazar
Zəri Bayramlı
14.10.2026 22:09 36 1 dəq oxuma
İqtisadiyyat

Ukraynanın dövlət borcu 133 milyard dollara çatıb

Ukraynanın dövlət borcu 133 milyard dollara çatıb

Ukraynanın dövlət borcu bir ayda 4 milyard artaraq, demək olar ki, 133 milyard dollara çatıb. Ali Radanın Maliyyə Komitəsinin məlumatına görə, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması nəzərdə tutulur ki, bu da növbəti il ​​üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin 102,3 %-ni təşkil edir. Ukraynanın 2023-cü il dövlət büdcəsində 38 milyard dollar kəsir nəzərdə tutulub.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dövlət borcunun artması Ukrayna iqtisadiyyatının uzunmüddətli inkişafına mənfi təsir göstərir:

 

“Dövlət borcunun sonradan qaytarılması lazımdır. Dövlət borcu artdıqca da faiz dərəcələri yüksəlir. Avropa Birliyi şərtləri nəzərə alaraq Ukraynaya yardım edir.Macarıstan və Slovakiya baş nazirlərinin fikrincə, bu borclar geri qaytarılmayacaq. Gələcəkdə borcların artması və mövcud borcların ödənilməməsi yeni borcların cəlb olunmasında çətinliklər yarada bilər”.

 

 

Şəbnəm Pənahova

#dollara #dövlət #milyard #çatıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər