00:00:00
Yazar
Admin User
26.09.2025 17:34 146 2 dəq oxuma
Siyasət

“Ukraynanın irəliləyişi danışıqlar masasında üstünlük qazandıracaq”

“Ukraynanın irəliləyişi danışıqlar masasında üstünlük qazandıracaq”

Ukrayna ordusu Pokrovsk istiqamətində rusları 3 istiqamətdə mühasirəyə salıb və geri çəkilmək yollarını bağlayıb.

Məlumata görə, Ukrayna dronları rus hərbi kolonlarını vurur, onları təminatdan məhrum edir. Bu müddət ərzində Ukrayna ordusu 330 kv.km-dən çox ərazini azad edib və Rusiya ordusunun mövqeləri logistik dəstəkdən kəsilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, rusların mühasirəyə alınması müharibənin gedişində mühüm təsir göstərəcək amillərdən biridir:


“Ukrayna ordusu zaman-zaman bu kimi əməliyyatlardan istifadə edir. Pokrovsk istiqaməti Rusiya-Ukrayna cəbhəsində xüsusi mühüm əhəmiyyət kəsb edən bölgədir. Çünki faktiki olaraq bu bölgə mühüm su qovşaqlarına keçidi təmin edə biləcək bölgədir. Eyni zamanda ciddi mineral resurslara malik olan bir bölgədən söhbət gedir. Pokrovsk istiqamətində uğur qazanan qoşun növü həmin bölgələrə nəzarəti daha tez həyata keçirəcək. Bu bölgədəki məğlubiyyət rus qoşunlarını çətin vəziyyətə sala bilər. Ümumilikdə son zamanlarda Ukrayna Qərbdən xeyli sayda silah alaraq Rusiya ordusuna qarşı geniş şəkildə anti-hücum əməliyyatlarını start verib. Bu əməliyyatlar zamanı çox mühüm irəliləyişlər əldə edib. Mühüm məntəqələr ələ keçirilib, daha çox qoşunların toplaşması istiqamətində addımlar atılır. Yerdəyişmə siyasəti uğurlu şəkildə icra olunur. Ukrayna ordusu mühüm taktiki gedişlər edərək Rusiya cəbhəsini müəyyən istiqamətlərdə bu şəkildə sıxmağa çalışır. Burada Ukrayna ordusu 330 kv.km-dən çox ərazini azad edib. Rusiyanın logistik dəstəyinin kəsilməsindən artıq söhbət gedir. Bu müharibənin gedişinə təsir göstərəcək amillərdən biridir. Danışıqlar masasında Rusiyanın cəlb olunması, eyni zamanda danışıqlar masasında Ukraynanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət sərf edən məsələdir. Trampın “Ukrayna tamamilə müharibədə torpaqlarını azad edər” açıqlamasından sonra Ukraynaya silah təminatı daha da gücləndiriləcək. Digər Qərb blokuna daxil olan Avropa ölkələri Ukraynaya silah təminatını gücləndirəcəklər”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər